Solomon Nortap

Solomon Nortap
Solomon Nortap [Qeyd 1]
Avtobioqrafiyasından olan qravür
Avtobioqrafiyasından olan qravür
Doğum tarixi 10 iyul 1808(1808-07-10)[1]
Vəfat tarixi təq. 1864[1][2][…]
Milliyyəti Amerikalı
Fəaliyyəti yazıçı, fermer, skripkaçı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Solomon Nortap — (doğum; 10 İyul, 1807 və ya 1808 — ölümü: bilinmir)[3][4] Amerikalı abolisionist"On iki illik əsarət" kitabının müəllifi.

Nyu Yorkda azad afroamerikalı kimi dünyaya gələn Solomon azad edilmiş qara dərili kölə ata və ananın oğlu idi. Fermer və peşəkar skripkaçı Nortap Hebron, Nyu Yorkda bir torpaq sahibi idi. 1841-ci ildə ona səyahət edən musiqiçi işi təklif edildi və o, Vaşinqtona şəhərinə (köləliyin qanuni olduğu) getdi; orada içkisinə dərman atılaraq huşsuz hala salınır,qaçırılır və kölə kimi satılır. Yeni Orleana göndərilir, plantasiya sahibi tərəfindən satın alınır və Luiziananın Qırmızı Çay bölgəsində,Avoyls xristian icmasında 12 il qul olaraq saxlanılır. Dövlət qanunları qaçırılmış və kölə olaraq satılan Nyu York vətəndaşlarına yardım göstərən, Nyu-Yorka öz haqqını müdafiə etməkdə ona kömək edən Kanadalı bir şəxslə görüşənə qədər plantasiyalarda kölə olaraq çalışdı. Ailəsi və dostları Nyu-York qubernatoru Vaşinqton Hantundan kömək istədi və Nortap 3 yanvar 1853-cü ildə yenidən azadlığına qovuşdu.[5]

Vaşinqtondakı məşhur qul alverçisi,Ceyms Börç tutuldu və mühakimə olundu, lakin Kolumbiya Qanunu vilayətin qara rəngli bir adam olaraq ağlara qarşı ifadə verməsini qadağan etdiyi üçün bəraət qazandı. Daha sonra Nyu-York ştatında, onu şimala qaçıranlar tutularaq, ittiham edildi, lakin iş, yurisdiksiyalı çətinliklər üzündən iki il məhkəmədə bağlı qaldı və nəhayət Vaşinqton şəhərində məhkəmə prosesi sonlandı. Kolumbiya hökuməti davanı davam etdirmədi. Nortapı aldadaraq,qul kimi satanlarda heç bir cəza almadılar.

Azadlığının ilk ilində Nortap "On iki illik əsarət" adlı (1853) xatirə əsərini yazdı və nəşr etdirdi. O, abolisionist hərəkatçı olaraq mühazirələr dedi,Şimal-şərqdə yaşadıqları haqqında iyirmidən çox nitq söyləyərək,köləliyə qarşı mübarizə apardı. 1857-ci ildən sonrakı tarixi qeydlərdə yoxa çıxdığı göstərilir, lakin əldə olunan bir məktub sonradan 1863-cü ilin əvvəllərində sağ qaldığını bildirirdi;[6] bəzi şərhçilər onun yenidən qaçırıldığını düşünürdülər, lakin tarixçilər bunun mümkünsüz olduğuna inanırlar, çünki onun yenidən yaxşı qiymətə satılması üçün çox yaşlı olduğu hesab olunurdu.[7] Onun ölümünün təfərrüatları heç vaxt sənədləşdirilməyib.[8]

Solomon Nortapın "On iki illik əsarət" kitabı əsasında 1984-cü ildə Solomon Northup's Odyssey televiziya filmində,2013-cü ildə isə eyni adlı film yenidən ekranlaşdırır. 86-cı Oskar mükafatı mərasimində 3 nominasiyada Oskar mükafatı almışdı.


Sitat səhvi: " Qeyd " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="Qeyd"/> teq tapılmadı

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Solomon Northup // CONOR.SI.
  3. Chisholm, Hugh. Solomon Northup // Encyclopædia Britannica (11th). Cambridge University Press. 1911. 2014-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-22.
  4. Nelson, Emmanuel Sampath. Solomon Northup (1808-1863?) // Marsden, Elizabeth (redaktor). African American Autobiographers: A Sourcebook. Greenwood Publishing Group. 2002. səh. 290. ISBN 9780313314094. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-22.
  5. "The Kidnapping Case: Narrative of the Seizure and Recovery of Solomon Northrup" (PDF). The New York Times. January 20, 1853. May 24, 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: March 9, 2014.
  6. Sitat səhvi: Yanlış <ref> teqi; Smithletter adlı istinad üçün mətn göstərilməyib
  7. Sitat səhvi: Yanlış <ref> teqi; Genz adlı istinad üçün mətn göstərilməyib
  8. Sitat səhvi: Yanlış <ref> teqi; wang adlı istinad üçün mətn göstərilməyib

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy